Azərbaycan və Avstriya respublikaları arasında əməkdaşlıq üzrə qarışıq komissiyanın VI iclasının iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər

 

Azərbaycan və Avstriya respublikaları arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnikatexnologiya sahələrində əməkdaşlıq üzrə qarışıq komissiyanın VI iclasının iştirakçıları oktyabrın 21-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra iclas iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuş, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 4.