1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ehtiram

 

Oktyabrın 28-də Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.

Dövlət başçıları abidənin önünə ətrafına buğda sünbülü düzülmüş yanan şam qoydular, aclıq qurbanlarının xatirəsinə ehtiramlarını bildirdilər.

Prezidentlər Ukrayna paytaxtının hündür nöqtəsindən qədim Kiyevin mənzərəsini seyr etdilər.

Prezident Viktor Yanukoviç Ukrayna paytaxtında görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 1.