Rəsmi qarşılanma mərasimi

 

Oktyabrın 28-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın Ukraynanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna əsgərlərini salamladı.

Azərbaycan nümayəndə heyəti Prezident Viktor Yanukoviçə, Ukraynanın dövlət hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 1.