Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

"Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" mövzusunda "dəyirmi masa"nın iştirakçıları oktyabrın 28-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər çiçək dəstələri düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 oktyabr.- S. 4.