Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söylədi.

 

 

Azərbaycan.- 2010.- 3 sentyabr.- S. 1.