Azərbaycan xalçaları Rusiyanın birinci xanımını valeh etmişdir

 

Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva sentyabrın 3-də "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşlar.

Hörmətli qonaqlara gül dəstələri təqdim edilmişdir.

Müəssisə ilə tanış olan Rusiyanın birinci xanımına məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azər-İlmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, YaponiyaRusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlarasertifikatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Vurğulanmışdır ki, keçən il "Azər-İlmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "European Quality" nüfuzlu mükafatına da layiq görülmüşdür.

Azərbaycanın və Rusiyanın birinci xanımları qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxdılar, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər. Xanım Svetlana Medvedeva xalçaçı qızların köməyi ilə original kompozisiyalı xalçaya bir neçə ilmə də vurdubunun çox çətin, incə peşə olduğunu söylədi.

Dövlət başçılarının xanımları xalçaçı qızlara işlərində uğurlar arzuladılar.

Rusiyanın birinci xanımı qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxdı. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi qonaqda böyük maraq oyatdı.

"Azərbaycan xalçası qalereyası"nda nümayiş olunan "Azərbaycanın tarixi xalçaçılıq məktəbləri" ipək xalı xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun etdi.

Svetlana Medvedeva qalereyanın Xatirə kitabına ürək sözlərini yazdı.

Hörmətli qonağa xatirə hədiyyəsi təqdim edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 5.