Qayğı daha xoş işlərə ruhlandırır

 

Hörmətli cənab Prezident!

Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Sizin tükənməz qayğı və diqqətiniz sayəsində günü-gündən çiçəklənir, dünya miqyasında geniş şöhrət qazanır. Bütövlükdə ölkəmizdə olduğu kimi, Gəncə bölgəsində də sosial-iqtisadi problemlər uğurla həllini tapır, abadlıq-quruculuq işləri geniş vüsət alır.

Çox xoşdur ki, dünyamiqyaslı işlərlə bərabər daim elmin, mədəniyyətin inkişafına da xüsusi qayğı göstərirsiniz. Elə bu qayğı və diqqətin sayəsində ölkəmizin yeganə aqrar təhsil mərkəzi də son vaxtlar tanınmaz dərəcədə dəyişmişdir. Məhz Sizin təşəbbüsünüzlə bu qocaman təhsil ocağına yüksək status verildi. Hər yerdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparıldı. Köhnə binalar əsaslı təmir olundu, yeni korpuslar tikildi, laboratoriyalar, fənn kabinetləri ən müasir avadanlıqlarla təchiz edildi.

Bununla yanaşı, kollektivə qayğı və diqqət də qat-qat artdı. Bu yaxınlarda 34 nəfər əməkdaşımıza fəxri adların verilməsi hamının hədsiz sevincinə səbəb oldu. Bu günlərdə isə xidmətimə görə məni "Əməkdar elm xadimi" adına layiq gördünüz.

Bütün bunlara görə Sizə ürəkdən təşəkkür edirik. Bu tükənməz qayğı və diqqət bizi daha yaxşı çalışmağa ruhlandırır.

 

 

Mirdaməd SADIQOV,

Azərbaycan Dövlət Aqrar Universitetinin

rektoru, professor, əməkdar elm xadimi

 

Azərbaycan.- 2010.- 5 sentyabr.- S. 2.