Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir.

Xanım Vayra Vike-Freyberqa ölkəmizə səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü, paytaxtın gözəl və müasir bir şəhərə çevrildiyini dedibu münasibətlə dövlətimizin başçısını təbrik etdi.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Bakı şəhərində, eləcə də Azərbaycanın bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini, müxtəlif sahələrə, o cümlədən turizmin inkişafına böyük həcmdə sərmayələrin qoyulduğunu bildirdi. Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı məsələlərinə böyük önəm verdiyini vurğuladı.

Xanım Vayra Vike-Freyberqa Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini dedi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 1.