Rumıniya Prezidenti Trayan Besesku Azərbaycana işgüzar səfərə gəlmişdir

 

Rumıniya Prezidenti Trayan Besesku Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 13-də Azərbaycana işgüzar səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında Prezident Trayan Beseskunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 sentyabr.- S. 2.