Gürcüstan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili sentyabrın 14-də Fəxri xiyabana gəlmişdir.

Gürcüstan dövlətinin başçısı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydu.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi düzdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 3.