Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü

 

Sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olmuşdur.

Görüşdə Qırğızıstanın keçid dövrü Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırladı, Azərbaycanın Bişkekdə öz səfirliyini açmasını yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev dedi ki, ölkəmizin Qırğızıstan ilə əlaqələri, xüsusilə də investisiya qoyuluşlarını inkişaf etdirmək imkanları vardır. Azərbaycan da Qırğızıstanda sabitliyin bərqərar olmasında maraqlıdır.

Görüşdə dövlət başçıları qarşılıqlı əlaqələri inkişaf etdirmək əzmində olduqlarını bildirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S. 2.