General-polkovnik V.Ə.Axundovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə general-polkovnik Vaqif Əlibala oğlu Axundov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 16 sentyabr.- S.  4.