Reynxard MİTÇEK: "Nabukko" qaz kəmərini doldurmaq üçün Azərbaycanın kifayət qədər ehtiyatları var

 

"Gas infrastructure Caspian 2010" beynəlxalq konfransında iştirak edən "Nabukko Gas Pipeline" şirkətinin direktoru Reynxard Mitçek AzərTAc-ın müxbirinə verdiyi müsahibəsinə bu sözlərlə başlayıb.

"Şahdəniz-2" layihəsinin qaz ehtiyatlarından əlavə, ölkənin öz karbohidrogen resursları "Nabukko" kəmərinin təkcə Azərbaycan qazı ilə tam doldurulacağına əminlik yaradır.

R.Mitçek bildirmişdir ki, Azərbaycan enerjidaşıyıcılarının şaxələndirilməsində çox mühüm rol oynayır. Azərbaycan neft sənayesində dünyada ən qədim tarixə malikdir və ölkənizin gələcəkdə qaz ixracatında da böyük potensialı vardır.

 

 

Azərbaycan.- 2010.- 17 sentyabr.- S.2.