İki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah Bin Əbdüləziz Al Səuda

 

Əlahəzrət!

Əziz qardaşım!

Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərimizin inkişafı, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 23 sentyabr.- S. 1.