Bakıda "Stomatologiyanın aktual problemləri" adlı Beynəlxalq Stomatoloji konfrans keçirilmişdir

 

Sentyabrın 23-də Bakı Expo Mərkəzində keçirilən 5-ci yubiley Azərbaycan Beynəlxalq Stomatologiya sərgisi çərçivəsində "Stomatologiyanın aktual problemləri" adlı 16-cı Beynəlxalq Stomatoloji konfrans keçirilmişdir. Konfransda Azərbaycan, Rusiya və Türkiyədən mütəxəssislər iştirak etmişlər. Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti Rəna Əliyeva bildirmişdir ki, tədbirin məqsədi stomatologiyanın aktual problemlərini, dünyada bu sahədə tətbiq edilən yenilikləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır.

Konfransda "Diş implantlarının müvəffəqiyyətli tətbiqinə təsir edən bəzi əhəmiyyətli faktorlar", "Rusiya səhiyyəsində anadangəlmə dodaq və damaq yarıqları olan uşaqlara ixtisaslaşdırılmış yardımın göstərilməsi", "Endodontik müalicə zamanı buraxılan səhvlər və onların fəsadları" və digər mövzularda məruzələr dinlənilmişdir.

 

 

Azərbaycan.- 2010.- 24 sentyabr.- S. 3.