Daxili İşlər Nazirliyində kollegiya iclası

 

Sentyabrın 24-də Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı görülən işlər"in və "Soyğunçuluqquldurluq cinayətlərinin istintaqı və açılması"nın vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirərək qeyd etmişdir ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir.

Davamlı şəkildə həyata keçirilən tədbirlərlə istintaqdan yayınan təqsirləndirilən şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi, eləcə də soyğunçuluqquldurluq cinayətləri törətmiş cinayətkar qrup və dəstələrin zərərsizləşdirilməsində müəyyən müsbət nəticələr əldə olunmuşdur.

Ramil Usubov xatırlatmışdır ki, əməliyyat-xidməti fəaliyyətin bu yönümlərində əldə edilmiş uğurların inkişaf etdirilməsi, mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq məsələlər kollegiya iclasının gündəliyinə çıxarılmışdır.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov demişdir ki, bütövlükdə, cari ilin 8 ayında axtarışda olan 1446, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 68 təqsirləndirilən şəxs tutulmuş, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 70 nəfərin, habelə İnterpolun Azərbaycan Respublikasında MMB-si tərəfindən beynəlxalq axtarışda olan 58 nəfərin və İnterpolun üzvü olan ölkələr tərəfindən axtarılan 25 şəxsin yeri müəyyən edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarışı elan edilmiş 877 təqsirləndirilən şəxsdən 192-si yaxalanaraq istintaq və məhkəmə orqanlarına təhvil verilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə axtarılanların ümumi sayı 156 nəfər, axtarışda qalanların sayı 74 nəfər azalmışdır.

Natiq qeyd etmişdir ki, bu ilin 8 ayı ərzində itkin düşmüş şəxslərin 59,9 faizinin (2009-cu ilin müvafiq dövründə 62,7 faiz) yeri müəyyən olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkin düşənlərin sayı 14,2 faiz azalmışdır.

Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev gündəlikdəki ikinci məsələ ilə əlaqədar məruzə ilə çıxış edərək cinayətkarlığa qarşı aparılan uğurlu mübarizənin nəticəsi olaraq keçmiş illərlə müqayisədə soyğunçuluq və quldurluqların statistikasında azalmanın müşahidə edildiyini, ötən dövrlərdən bağlı qalmış faktlar da daxil olmaqla 2009-cu ildə soyğunçuluqların 72,4, quldurluqların isə 87,9 faizinin açılmasının təmin olunduğunu bildirmişqeyd etmişdir ki, bütövlükdə müsbət sayıla bilən bu tendensiya cari ildə də davam etmişdir. Ötən illərdən bağlı qalmış hadisələr də daxil olmaqla cari ilin birinci yarısında sözügedən cinayətlərin açılması müvafiq olaraq 75,5 və 77,3 faiz təşkil etmişdir. Bundan əlavə, 2009-cu ildə quldurluqsoyğunçuluq faktları ilə bağlı istintaqı tamamlanmış cinayət işləri üzrə hüquqifiziki şəxslərə vurulmuş maddi ziyanın 81 faizinin, cari ilin birinci yarısında isə 64 faizinin ödətdirilməsi təmin edilmiş, habelə son ilyarımda ölkə ərazisində quldurluqsoyğunçuluq cinayətləri törətmiş 159 cinayətkar qrup və 4 mütəşəkkil dəstə zərərsizləşdirilmiş, 597 şəxs məhkəmə məsuliyyətinə verilmişdir.

Qeyd olunmuşdur ki, cinayətlərin "isti izlər"lə açılmasının mühüm şərtləri kimi hadisə yerinə baxışın keyfiyyətli aparılması, izmaddi sübutların aşkar edilib götürülməsi, araşdırma başlandığı andan istintaq, əməliyyat və digər xidmətlərin əməkdaşlarının işgüzar əlaqəli fəaliyyəti, hadisənin şahidlərinin müəyyən olunması, talanmış əmlakın tapılması və digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri məqsədyönlü şəkildə və ardıcıllıqla davam etdirilir.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər barədə danışmış, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması yolları və qarşıda duran vəzifələr haqqında məruzə etmişlər.

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanları tərəfindən görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, lakin bu istiqamətlərdə xidməti fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılmasını tələb etmişdir.

Qeyd olunmuşdur ki, respublikanın digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən profilaktiki əməliyyat və istintaq tədbirləri nəticəsində əvvəlki illərin müsbət nəticələri cari ilin başa çatmaqda olan növbəti hesabat dövründə də qorunub saxlanılmış, bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilmişdir ki, bu da ili yüksək göstəricilərlə başa vurmağa imkan verəcəkdir.

Qarşıdan ölkəmizin ictimai-siyasi həyatında dövlət əhəmiyyətli mühüm tədbirin - növbəti parlament seçkilərinin gəldiyini diqqətə çatdıran Ramil Usubov səsvermə hüququ olan bütün vətəndaşların, xüsusən bu hüquqdan ilk dəfə yararlanacaq 18 yaşı tamam olmuş vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmini işində müsbət nəticələrin əldə olunduğunu, ümumən bu prosesin noyabrın 7-dək başa çatdırılacağına əminliyini ifadə etmişdir.

Ramil Usubov ölkəmizdə cinayətkarlıqla uğurlu mübarizə, ictimai təhlükəsizliyin nümunəvi təmini strategiyasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onun rəhbərliyi, hüquq-mühafizə orqanlarının birgə səyləri ilə kriminogen durumun nəzarətdə saxlandığını, sabitliyin dönməzliyinin təmin olunduğunu vurğulamışdır.

Şəxsi heyətin fədakar fəaliyyətinə dövlətimizin başçısının hər zaman yüksək qiymət verdiyini vurğulayan general-polkovnik Ramil Usubov daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması üzrə aparılan işlərin davamı olaraq bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə nazirliyin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin, eləcə də Daxili Qoşunların hərbi qulluqçularının aylıq vəzifə maaşlarının da cari ilin sentyabr ayının 1-dən 10 faiz artırıldığını xatırlatmış və bu ali diqqət və qayğıya görə şəxsi heyət adından ölkəmizin rəhbərinə minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyevin qarşıya qoyduğu məsul vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün daxili işlər orqanlarının kifayət qədər potensiala, ümummilli liderimizin ideallarına, dövlətçiliyə sadiq peşəkar kadr özəyinə malik olduğunu nəzərə çatdıran general-polkovnik Ramil Usubov bütün şəxsi heyət adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanlarının əməkdaşları öz andına sadiq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa, Vətənə sədaqətlə xidmət edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-25  sentyabr.- S. 4.