Gələcəyə ünvanlanan şeirlər

 

Azərbaycan Dövlət Muğam Teatrında qocaman pedaqoq, el şairi İsa Cavadoğlunun yenicə çapdan çıxmış "Ya qismət" adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi. Tədbiri filologiya elmləri doktoru Qəzənfər Paşayev aparırdı.

Milli Məclisin deputatı Qənirə Paşayeva, filologiya elmləri doktoru Məhərrəm Qasımlı, publisist Flora Xəlilzadə, bədii qiraət ustası Ağalar Bayramov, şairlərdən Məmməd Aslan, Musa Ələkbərli və başqaları çıxış edərək əyalətdə yaşayan, amma ümumilikdə Azərbaycan poeziyasına ləyaqətlə xidmət edən İsa Cavadoğlunun yaradıcılıq məziyyətlərindən söz açdılar.

Azərbaycanın incəsənət ustaları, tanınmış müğənni və aşıqlar şairin sözlərinə yazılmış mahnıları ifa etdilər. Sonda çıxış edən şair İsa Cavadoğlu ömrünün 80-ci qədəmində belə bir tədbiri hazırlayanlara, eləcə də yaradıcılığı ilə bağlı xoş sözlər deyənlərə minnətdarlığını bildirdi.

 

 

Azərbaycan.- 2010.- 26 sentyabr.- S. 4.