Özbəkistan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi

 

 Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Özbəkistan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

İqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Prezidentlər hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın yüksək vəzifəli rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident İslam Kərimova təqdim olundu.

Prezident İslam Kərimov Özbəkistanda akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərlərini Prezident İlham Əliyevə təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 1.