ADU ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

 

Yanvarın 15-də Ankarada Azərbaycan Dillər Universiteti (ADU) ilə Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Sənədi universitetlərin rektorları Səməd SeyidovCemal Taluğ imzalamışlar.

Tədbiri açan Cemal Taluğ rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat vermişdir.

ADU ilə əməkdaşlığa mühüm önəm verdiklərini deyən rektor bildirmişdir ki, hər iki universitetin bir-birindən öyrənəcəyi çox şeylər vardır.

ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirmişdir ki, ADU ilə Ankara Universiteti arasında əməkdaşlıq iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdırır və əlaqələri möhkəmləndirir. Biz bu gün yeni bir ənənənin əsasını qoyuruq. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə də inkişaf edəcək və genişlənəcəkdir.

Bildirilmişdir ki, müqavilənin imzalanmasında məqsəd universitetlərarası əməkdaşlığı gücləndirmək, elm və təhsilin səviyyəsini yüksəltməkdir.

Müqavilədə qarşılıqlı səfərlərin təşkili, ümumi bakalavrmagistr proqramlarının, elmi konfransların, birgə elmi nəşrlərin hazırlanması nəzərdə tutulur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-17 yanvar.- S.  6.