Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin yanvarın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Qonaq Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə hörmət əlaməti olaraq "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşdur.

S.Narışkinə paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi. Qonaq Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 3.