"Xoşbəxtlik quşu" sizə uğur gətirəcəkdir

 

"Mən sizə "xoşbəxtlik quşu" hədiyyə etmək istəyirəm. Qoy o, sizə uğur gətirsin". Bu sözləri Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, YUNESKO yanında Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq Bədii Fondun üzvü, Moskvada yaşayan həmyerlimiz Abbas Kazımov AzərTAc-da keçirilən görüşdə demişdir.

Forum çərçivəsində keçirilən görüş zamanı rəssam AzərTAc-ın kollektivinə özü çəkdiyi "Xoşbəxtlik quşu" şəklini hədiyyə etmişdir. Otuz ildir Rusiyada yaşayan rəssam şəklin altında rus dilində "Hörmətlə, Abbas" sözlərini yazmışdır. Forum iştirakçılarından birinin "Hörmətlə" sözünü niyə rus dilində yazmısınız" sualının cavabında Abbas Kazımov demişdir: "Ona görə ki, bu şəkil bizim xalqlarımızın, mədəniyyətlərimizin əbədi dostluğunun rəmzi olacaqdır".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 yanvar.- S. 4.