Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas aprelin 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyası hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Yunanıstan Prezidentinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Karolos Papulyas Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 5 aprel.- S. 2.