Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olmuş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin açılışında iştirak etmişdir

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 5-də fondun təşəbbüsü ilə Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində yenidən qurulmuş 2 nömrəli uşaq evi ilə tanış olmuşdur.

2000-ci ildən fəaliyyət göstərən uşaq evi Heydər Əliyev Fondunun "Uşaq evləri internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulmuşdur. Burada 3 yaşından 16 yaşınadək 126 nəfər yetim valideyn himayəsindən məhrum uşaq təlim-tərbiyə alır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun himayəsi altında olan bu uşaq müəssisəsini həmişə diqqət mərkəzində saxlamışdır. Fondun dəstəyi ilə burada təmir abadlıq işləri aparılmış, müasir avadanlıqla, kompüterlərlə təmin olunmuşdur. Fondun uşaq evinə növbəti hədiyyəsi burada əsaslı yenidənqurma işlərinin aparılması olmuşdur. Əsas korpusda yerləşən uşaq evi, habelə məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan günərzi qayğı mərkəzi, kitabxana, akt salonu, yeməkxana, psixoloq, loqoped, stomatoloq kabinetləri yüksək səviyyədə təmir olunmuş, həyətdəki əyləncə idman meydançaları təzələnmişdir. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə kompüterlər, plazma televizorları, kondisionerlər hədiyyə edilmişdir.

Artıq altıncı dəfə bu uşaq evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva günərzi qayğı mərkəzi ilə tanış olmuş, balacaların təhsildəki ilk addımları ilə maraqlanmışdır. Mehriban xanım müəssisənin daha nəyə ehtiyacı olduğunu da soruşmuşdur. Azərbaycanın birinci xanımına bildirilmişdir ki, uşaq evinin yeni korpusa ehtiyacı vardır. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) alternativ qayğı Dövlət Proqramına (2006-2015-ci illər)" uyğun olaraq, Xəzər Suraxanı rayonları pilot rayonlar kimi seçilmişdir. Respublikada ilk dəfə olaraq 2009-cu ilin yanvarından 2 nömrəli uşaq evində həyata keçirilməyə başlayan pilot layihəsinin məqsədi gələcəkdə risk qrupuna aid ailələrin uşaqlarının, habelə tək valideyni olan, əlil ailələrin övladlarının günərzi qayğı mərkəzinə qəbul edilməsidir. Bu uşaqlar mərkəzdə 12 saat ərzində qalacaqlar. Onlar məktəblərə aparılacaq gətiriləcək, mərkəzdə gün ərzində qidalanacaq, axşamlar isə evlərə qayıdacaqlar.

Heydər Əliyev Fondunun prezidenti uşaqların ailələrindəki sosial vəziyyətlə maraqlanmışdır.

Mehriban xanım fondun adından uşaq evinə 28 yerlik avtobus hədiyyə etmişdir.

 

* * *

 

Həmin gün Mehriban Əliyeva Heydər Əliyev Fondunun Rusiyanın "Uralsib" maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində Yeni Günəşli yaşayış massivində inşa edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin açılışında iştirak etmişdir.

Mərkəzlə tanışlıq zamanı Mehriban xanıma məlumat verilmişdir ki, təxminən 1700 kvadratmetr sahəsi olan tibb ocağı ən müasir standartlara uyğun tikilmiş ən son avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə uşaqların müalicəsi üçün dünya psixoterapiya praktikasında çox populyar olan qum terapiyası üsulundan istifadə edilir. Müalicəvi idman fiziki tərbiyə reabilitasiya prosesində əsas üsullardan biridir.

Mərkəzdə bütün otaqlarda müşahidə kameraları quraşdırılmışdır. Alınan videogörüntü mərkəzin hollundakı böyük monitorlara ötürülür. Bu, valideynlərə uşaq yeniyetmələrin reabilitasiya prosesini müşahidə etmək imkanı verir.

Reabilitasiya prosesi müalicəvi vannalar vasitəsilə aparılır. Bu prosedurlar əzələ ağrılarını əzələ spazmalarını azaldır, yerli ümumi qan dövranını gücləndirir nəticədə əzələ funksiyasını yaxşılaşdırır. Daha bir müalicə növü artterapiyadır. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.

Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq aqressiyanı azaltmaq, qorxu sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.

Fondun prezidentinə bildirilmişdir ki, mərkəzdə dünyada populyar olan balneoterapiya da həyata keçiriləcəkdir. Bu, uşaq serebral iflicindən əziyyət çəkənlərə müsbət təsir göstərən bir terapiyadır. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından, onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr sərbəst üzməyi öyrənə bilir bu da onlara hərəkət sevinci, həyat eşqi bəxş edir. Bu terapiyanın daha səmərəli olmağı üçün gələcəkdə hovuza xüsusi qaldırıcı qurğunun alınması planlaşdırılır ki, hərəkət etməyən uşaqlar da bu terapiyadan istifadə etsinlər.

Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri aparılacaqdır. Uyğunlaşma tədrisi otağında uşaq yeniyetmələrin tədrisi oyun oyuncaqlar vasitəsilə, yəni əyləncəvi formada həyata keçiriləcəkdir.

Mərkəzdə uşaqların psixoloji fiziki imkanlarının qiymətləndirilməsi həyata keçirilir. Bunun üçün ayrılan xüsusi otaqda müayinə qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloq psixoloq tərəfindən aparılır.

Müalicə ocağının həyətində açıq idman meydançası da yaradılmışdır. Uşaqlar burada müxtəlif idman növləri ilə - futbol, voleybol, basketbolla məşğul ola biləcəklər. Mərkəzin həyətində əyləncə meydançası da vardır.

Uşaqların müxtəlif peşələrə istiqamətləndirilməsi, vaxtında düzgün qidalandırılması da diqqət mərkəzindədir.

Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların buraya gətirilməsi, sonradan isə evlərinə qaytarılması üçün hədiyyə olunmuş "Hyundai" markalı avtobusun açarlarını mərkəzə təqdim etmişdir.

Mərkəzin açılışında "Uralsib" maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkov da iştirak etmişdir.

 

* * *

 

Sonra Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiyanın "Uralsib" maliyyə korporasiyasının nümayəndə heyəti ilə görüşmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 aprel.- S. 4.