Azərbaycanda Türkiyədə gənclərə böyük inam ümid var

 

Azərbaycanda səfərdə olan Türkiyənin gənclər təşkilatlarının nümayəndələri aprelin 6-da Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi Ramil Həsənovla görüşmüşlər.

AzərTAc xəbər verir ki, qonaqlara Türk PA-nın yaranma tarixindən fəaliyyətindən danışan R.Həsənov demişdir ki, qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin inkişafına, parlament diplomatiyasının daha da genişlənməsinə yardım göstərməkdir. Türk PA artıq beynəlxalq təşkilat kimi dünyada öz layiqli yerini tutmuşdur hazırda mövqelərini möhkəmləndirir.

Baş katib bildirmişdir ki, Türk PA Azərbaycan Türkiyənin gənclər təşkilatları arasında bu cür görüşlərin keçirilməsini, onların qarşılıqlı səfərlərini, birgə layihələrini dəstəkləyir, bu kampaniyaya Qazaxıstan, Qırğızıstan digər türkdilli ölkələrin gənclərinin qoşulmasını arzulayır. Qazaxıstan tərəfi Türk PA-ya üzv ölkələrin gənclər forumunun yaradılması təklifini irəli sürmüşdür. Hazırda bu istiqamətdə işlər gedir, məsləhətləşmələr aparılır.

Türkiyə Respublikası Baş naziri yanında Gənclər İdman Baş İdarəsinin şöbə müdiri Mustafa Cəng, Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin əməkdaşı Ramil Məmmədov gənclər təşkilatları arasındakı mövcud əlaqələrdən danışmış, nəzərdə tutulmuş layihələr barədə məlumat vermişlər.

Bildirilmişdir ki, həm Azərbaycanda, həm Türkiyədə gənclərə böyük inam ümid vardır. Bu da gənclərə dostluq qardaşlıq əlaqələrini daha da inkişaf etdirməyə, beynəlxalq səviyyədə nəzərdə tutulmuş layihələrini gerçəkləşdirmələrinə imkan yaradır.

Görüşdə gənclər təşkilatları arasında əlaqələrin inkişaf perspektivləri, beynəlxalq tədbirlərdə birgə iştirak, müştərək layihələrin hazırlanması, ortaq problemlərin həllində gənclərin rolu digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 5.