"Molla Nəsrəddin" jurnalının yubileyinə həsr olunmuşdur

 

Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadənin ev-muzeyində Azərbaycanda ilk satirik məcmuə olan "Molla Nəsrəddin" jurnalının 105 illik yubileyi ilə əlaqədar "Molla Nəsrəddin mollanəsrəddinçilər" mövzusunda tədbir keçirilmişdir.

Ev-muzeyinin direktoru Yaqut Hüseynova mətbuatımızın tarixində ilk satirik jurnal olan "Molla Nəsrəddin"in yaranmasından, onun redaktoru, böyük ədib Cəlil Məmmədquluzadənin xidmətlərindən danışmış bildirmişdir ki, bu jurnalın nəşri ilə XX əsrin əvvəllərində Azərbaycan mətbuatının tarixində yeni bir dövr başlanmışdır.

Sonra tədbir iştirakçıları muzeydəki eksponatlara baxmışlar.

 

 

Azərbaycan.- 2011.- 7 aprel.- S. 7.