Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşmüşdür

 

Aprelin 8-də "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Tatarıstanın Baş nazirinin birinci müavini Zilya Valeyeva ilə görüşmüşdür.

Forumda iştiraka görə Zilya Valeyevaya təşəkkürünü bildirən Azərbaycanın birinci xanımı Bakı forumunda maraqlı müzakirələrin aparıldığını, mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində bir çox dəyərli təkliflərin səsləndiyini demişdir.

Mehriban xanım Əliyeva ilə görüşməkdən məmnun olduğunu deyən Tatarıstanın Baş nazirinin birinci müavini forumda mədəniyyətlərarası dialoqun təbliği, gender bərabərliyi və digər məsələlərə dair maraqlı çıxışları qeyd etmişdir.

Qonaq vurğulamışdır ki, Bakı forumu hələ bir çox məsələlər üzərində işləməyin vacibliyini nümayiş etdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 aprel.- S. 3.