Auditor xidməti haqqındaAzərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹3, maddə 226; 2001-ci il, ¹11, maddə 683, ¹12, maddə 736; 2002-ci il, ¹5, maddə 241; 2003-cü il, ¹1, maddə 21; 2004-cü il, ¹3, maddə 133; 2005-ci il, ¹8, maddə 684; 2007-ci il, ¹11, maddə 1053; 2008-ci il, ¹3, maddə 152; 2009-cu il, ¹7, maddə 517; 2010-cu il, ¹11, maddə 938) 2-ci maddəsinin ikinci abzasının ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür".

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə 584; 2001-ci il, ¹1, maddə 24, ¹3, maddə 139, ¹7, maddə 455, ¹11, maddələr 680, 698, ¹12, maddə 731; 2002-ci il, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹5, maddələr 234, 237, 239, ¹6, maddə 326, ¹8, maddə 463, ¹12, maddə 692; 2003-cü il, ¹1, maddələr 3, 13, 23, ¹4, maddələr 177, 178, ¹5, maddə 228, ¹6, maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr 200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397, ¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə 900, ¹12, maddə 973; 2005-ci il, ¹1, maddələr 5, 6, ¹2, maddə 61, ¹4, maddələr 272, 273, 275, 278, ¹6, maddələr 462, 466, ¹7, maddə 576, ¹8, maddələr 691, 692, ¹10, maddələr 875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006-cı il, ¹2, maddələr 64, 68, ¹3, maddələr 219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə 478, ¹11, maddələr 923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹1, maddələr 3, 4, ¹2, maddələr 65, 68, ¹5, maddələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹10, maddələr 935, 936, 938, 940, ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, ¹2, maddə 47, ¹3, maddələr 146, 152, 159, ¹4, maddə 249, ¹5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr 601, 602, 605, ¹8, maddələr 699, 701, 711, ¹10, maddələr 884, 885, ¹11, maddələr 956, 957, ¹12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹2, maddələr 36, 45, 49, 52, 53, ¹5, maddələr 309, 315, ¹6, maddələr 404, 405, ¹7, maddələr 517, 518, 519, ¹8, maddə 611, ¹12, maddələr 953, 954, 966, 971; 2010-cu il, ¹2, maddələr 70, 71, ¹3, maddələr 167, 171, 178, ¹4, maddələr 275, 276, ¹5, maddələr 379, 380, ¹6, maddə 483, ¹7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹10, maddə 838, ¹11, maddələr 936, 938, 949) aşağıdakı əlavələr edilsin:

1. aşağıdakı məzmunda 247-3-cü maddə əlavə edilsin:

"Maddə 247-3. Məcburi auditdən yayınma

Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -

vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.".

2. 360.1-ci maddədə "240-1.2," rəqəmindən sonra "247-3," rəqəmi əlavə edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 fevral 2011-ci il.

 

Azərbaycan.- 2011.- 15 aprel.- S.  4.