Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri

 

Masallı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında, şəhərdə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.

Bildirildi ki, Masallı şəhərinin mərkəzində ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur. Ümumi sahəsi 4 hektar olan parkın ərazisində Heydər Əliyev muzeyi inşa edilmiş, burada ümummilli liderin möhtəşəm abidəsi ucaldılmış, sakinlərin istirahəti üçün gözəl şərait yaradılmış, yeni yaşıllıqlar salınmış, iki böyük fəvvarə tikilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 15 aprel.- S. 1.