Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri

 

Astara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində aprelin 15-də Astara rayonunda olmuşdur.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki Heydər parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda aparılmış abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, rayonun mərkəzi olan bu ərazidə geniş abadlıq işləri görülmüş, müasir park salınmışdır. Heydər parkında Astara sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 aprel.- S.1.