Danimarkanın Kraliçası ülyahəzrət II Marqreteyə

 

Ülyahəzrət!

Danimarka Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.-16 aprel.- S. 1.