Rumıniya Prezidenti Trayan Besesku Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Aprelin 18-də Rumıniya Prezidenti Trayan Besesku Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumıniya Prezidenti Trayan Beseskunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Rumıniya Prezidentinə gül dəstələri təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Trayan Besesku Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 aprel.- S.  3.