Trayan Beseskunun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rumıniya Prezidenti Trayan Besesku "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 3.