Kimyaçı alimlərin tədqiqatları müasir elmi problemlərin həllinə yönəldilmişdir

 

BMT-nin tövsiyəsi ilə Beynəlxalq Nəzəri Tətbiqi Kimya İttifaqı (İUPAC) 2011-ci ili "Beynəlxalq Kimya İli" elan etmişdir.

Azərbaycanda kimya elmi sahəsində mühüm nəzəri təcrübi əhəmiyyətli araşdırmaları ilə tanınan tədqiqat mərkəzlərindən biri Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutudur. Bu il institut kollektivinin qarşıya qoyduğu həll etməyə çalışdığı problemlər, aparılan tədqiqatların istiqamətləri onların əhəmiyyəti barədə demək olar?

İnstitutun direktoru, akademik Musa Rüstəmov bu suala cavab olaraq demişdir:

- Bilirsiniz ki, iqtisadi inkişafı intensivləşdirməyin ən mühüm mənbələrindən biri mövcud enerji resurslarıdır. Bir-biri ilə sıx əlaqədə olan yanacaq-enerji kompleksi, neftayırma, neft-kimya qaz sənayesi ölkəmizin iqtisadiyyatında mühüm yer tutur. Azərbaycan zəngin neft qaz ehtiyatlarına malikdir. Neftayırma, neft-kimya qaz sənayesini inkişaf etdirməyin konseptual elmi əsaslarını hazırlamaq bizim başlıca vəzifəmizdir.

Əsas tədqiqatlarımızı prioritet sahələrə yönəltmişik. Məqsədimiz neftin emalını təkmilləşdirmək, daha mükəmməl texnologiyalar işləyib hazırlamaqla mövcud xammal ehtiyatlarından yeni materiallar almaq, əvvəlki kooperasiya əlaqələrinin pozulduğu indiki şəraitdə ölkəmizi xarici asılılıqdan qurtarmaq beləliklə, dövlət müstəqilliyimizi möhkəmləndirməkdən ibarətdir.

Kimyaçı alimlərimizin diqqətəlayiq, səmərəli axtarışları buna imkan verir. Tam inamla deyə bilərəm ki, neft-kimya elminin inkişafı sahəsində yeni tədqiqatlar artıq bizi dünya miqyasında qabaqcıl mövqelərə çıxarmaq ərəfəsindədir. Mən bu tədqiqatlardan bir neçəsini açıqlaya bilərəm. İon mayelərin, nanomateriallar kompozitlərin alınmasına, katalizin müasir istiqamətlərinin müəyyən edilməsinə, bioloji parçalanması mümkün olan perspektivli polimer materialların istehsalı texnologiyasının işlənib hazırlanmasına, qlobal istiləşməyə səbəb olan qazların atmosferə tullanmasının qarşısının alınmasına yönəldilən mühüm elmi təcrübi əhəmiyyəti olan problemlər üzərində işləri davam etdiririk. Bunlarla yanaşı, ekologiyanın qorunmasına, süni fotosintezin perspektiv istiqamətlərinin müəyyən edilməsinə, hidrogen energetikasının tədqiq olunmasına, biokimyəvi çevrilmələr əsasında gələcək kimya istehsal sahələrinin yaradılmasına, alternativ enerji mənbələri bioyanacaqlar sahəsindəki axtarışlara da üstünlük veririk.

Bir sözlə, kimyaçı alimlərimizin tədqiqatları çoxşaxəlidir bunların müsbət nəticələr verəcəyinə şübhə etmirik. İndiyədək əldə etdiyimiz nailiyyətlər, inkişaf etmiş bir sıra ölkələrlə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Danimarka, Rusiya ilə, habelə beynəlxalq elmi təşkilatlarla səmərəli əməkdaşlığımız, aldığımız çoxsaylı qrant mükafatlar bunu bir daha təsdiq edir. Son illər institutumuz "Elm Sülh Naminə" NATO Proqramı çərçivəsində elmi-tədqiqatlar aparılmasında da iştirak edir.

Ölkəmizdə elmin inkişafına dövlət qayğısı göz qabağındadır. Bu diqqət qayğıya real konkret işlərlə cavab vermək bizim borcumuzdur.

 

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 8.