Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Prezidenti Trayan Besesku aprelin 19-da Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumıniya Prezidenti Trayan Besesku "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra Rumıniya Prezidenti Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtını seyr etdi. Ali qonağa Bakıda aparılan quruculuq işləri barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-20 aprel.- S. 2.