Azərbaycan Prezidenti İlham Əliyev Litvanın daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri bütün sahələrdə genişləndirməyin zəruriliyini bildirdi. Ölkələrimizin müvafiq qurumları arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin yaradılmasının vacibliyini qeyd edən dövlət başçısı bu baxımdan Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin ölkəmizə səfərinin uğurlu məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi.

Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytis bildirdi ki, Azərbaycan çox uğurla inkişaf edən bir ölkədir Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluq hissi duyur. Raymundas Palaytis dünyanın hər yerində maliyyə böhranının hökm sürməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artımın olduğunu xüsusi vurğuladı. Raymundas Palaytis ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 aprel.- S. 1.