Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş Giriş-çıxış qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Məhkəmə nəzarətçiləri məhkəmə icraçıları haqqında, Məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 4, maddə 258, 12, maddə 1058; 2009-cu il, 2, maddə 75, 7, maddə 532, 8, maddə 618, 10, maddə 776; 2010-cu il, 2, maddə 88, 7, maddə 610, 8, maddə 717, 9, maddə 770) ilə təsdiq edilmiş Giriş-çıxış qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnaməyə aşağıdakı məzmunda 8.6.1.6-cı bənd əlavə edilsin:

8.6.1.6. məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında;.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il.

 

Azərbaycan.- 2011.-22 aprel.- S. 3.