Gəncədə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Gəncə şəhərində "Müasir təhsilin davamlı inkişafı: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Əvvəlcə bir neçə orta məktəbdə müxtəlif fənlər üzrə açıq dərslər dinlənilmişdir. Sonra konfrans İ.Məmmədov adına 27 saylı məktəb-liseydə öz işini davam etdirmişdir. Tədbirə respublikanın qərb rayonlarının təhsil işçiləri də dəvət olunmuşdular.

Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyevin gənc nəslin inkişafındakı, eləcə də təhsilin müasir tələbləri səviyyəsinə qaldırılmasındakı əvəzsiz xidmətlərindən danışmış, təhsil naziri Misir Mərdanov geniş monitor məlumatların müşayiəti ilə qərb bölgəsində təhsilin hər sahəsindəki vəziyyəti ətraflı təhlil etmiş, həyata keçirilən islahatlar və onların ilkin yekunları barədə məlumat vermişdir.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılmış və qərb bölgəsi rayonları üzrə respublika fənn olimpiadası qaliblərinə fəxri fərmanlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 22 aprel.- S. 3.