Zəngilanlılar akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə etmişlər

 

Aprelin 22-də Zəngilan Rayon İcra Hakimiyyəti Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsini keçirmişdir. "Dəyirmi masa"da rayon rəhbərliyi, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev "Gorus-2010: absurd teatrı mövsümü" kitabı erməni vandalizminə qarşı tutarlı cavabdır" mövzusunda məruzə ilə çıxış etmişdir. V.Quliyev məruzəsində kitabın məziyyətlərindən, əhəmiyyətindən danışmış, əsəri təhlil edərək onun əsas xüsusiyyətlərini diqqətə çatdırmış, öyrənilməsi təbliği istiqamətində qarşıda duran vəzifələrdən bəhs etmişdir. Vurğulanmışdır ki, akademik R.Mehdiyev bu kitabında 2010-cu il oktyabrın 16-da Azərbaycanın qədim Zəngəzur torpağında - Gorus şəhərində Serj Sarkisyanın diaspor jurnalistləri ilə görüşünün təfərrüatlarını çox aydın şəkildə oxuculara təqdim etmişdir. Müəllif yazır ki, Xocalı soyqırımının, Dağlıq Qarabağ ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Sarkisyan Gorus teatrının səhnəsində öz şəxsi daxili mədəniyyətinin savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlarla çıxış etmiş, özünü "akademik" kimi göstərməyə çalışmış, bütün elm aləmini "yeni kəşflər" heyrətləndirməyi qərara almışdı.

V.Quliyev bildirmişdir ki, nəşrdə təkcə Ermənistan prezidenti Serj Sarkisyanın erməni absurd teatrının səhnəsində göstərdiyi növbəti tamaşa deyil, həmçinin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni yalanlarla çaşdırmaq cəhdləri, işğalçı dövlətin hakimiyyət dairələrinin şovinist irqçi siyasətinin üzü tutarlı faktlarla sübuta yetirilir. Müəllif Serj Sarkisyanın hətta ən yaxın tarixi görmək istəməməsini onun siyasi nadanlığı ilə izah edir. Göstərir ki, Ermənistandakı azərbaycanlılara məxsus yer adlarının sonradan dəyişdirildiyinin şahidi olmaq üçün ən yaxın tariximizə aid məxəzləri vərəqləmək kifayətdir.

Natiq diqqətə çatdırmışdır ki, tarixçilər, siyasətçilər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab təkzibolunmaz faktlara söykənən dəyərli elmi əsərdir. Kitabda əsaslı dəlillərlə sübut olunur ki, hayların "erməni" toponiminə heç bir dəxli yoxdur. Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Onlar bu regiona gəlmədirlər. Kitabda ermənilərin nəinki Cənubi Qafqaza, hətta Ön Asiyaya gəlmə olduqları, azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən dəyişdirilməsi, Azərbaycan xalqının tarixinin erməni müəllifləri tərəfindən kobudcasına saxtalaşdırılması digər mühüm məsələlər elmi əsaslarla işıqlandırılmışdır.

V.Quliyev qeyd etmişdir ki, Azərbaycanın qədim müasir dövrünün xəritələrinin verildiyi kitab informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir. Eyni zamanda, rus ingilis dillərində çap olunan kitabın digər dillərə tərcümə edilərək xaricdə təbliğinin aparılması çox vacibdir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan xəritəsini hazırladaraq xarici səfərlərdə Dağlıq Qarabağın tarixi erməni torpağı olması barədə cəfəngiyatı şəxsən ifşa etməsini xatırladan V.Quliyev bununla da ulu öndərin ermənilərin Azərbaycan ətrafında yaratdığı informasiya blokadasını yardığını vurğulamışdır. Hazırda bu mübarizə Prezident İlham Əliyevin rəhbərliyi şəxsi iştirakı ilə yeni mərhələyə qədəm qoymuşdur.

Sonda V.Quliyev belə bir qiymətli əsəri qələmə almaqla dövlətimizin, xalqımızın erməni vandallarına qarşı apardığı mübarizəyə sanballı töhfə verən akademik Ramiz Mehdiyevə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmiş, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, qətiyyəti sayəsində tezliklə torpaqlarımızın işğaldan azad olunacağına, didərgin əhalinin öz yurd-yuvalarına qayıdacağına əminliyini ifadə etmişdir.

Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Zakir İbrahimov, Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov başqa çıxış edənlər əsrlər boyu tarixi saxtalaşdıran, onu öz mənafelərinə uyğun yazmağa çalışan ermənilərə tutarlı cavab olan kitabın əhəmiyyətindən danışmış, onu yüksək qiymətləndirmişlər.

Natiqlər vurğulamışlar ki, akademik Ramiz Mehdiyevin bu kitabı təkcə erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb nəticələrinin təhlili, son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu kitab dünyanın müxtəlif regionlarında yaşayan siyasətşünaslar, qafqazşünaslar, xüsusən konfliktoloqlar üçün qiymətli mənbədir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-23 aprel.- S.5.