"Ölüm dağı - Daşbaşı"

 

Yaqub Məğrurun yenicə çapdan çıxmış "Ölüm dağı - Daşbaşı" sənədli romanında Dağlıq Qarabağ ətraf rayonlarda erməni-rus qəsbkarlarına qarşı xalqımızın apardığı azadlıq mücadiləsi təsvir olunur. Kitabda Cəbrayıl rayonunun qala qapısı sayılan Daşbaşı mövqeyi uğrunda qanlı döyüşlərdən, 1993-cü ilin müdhiş 15 avqust gecəsində baş vermiş son döyüşdə şəhid olmuş oğullarımızın rəşadətindən bəhs edilir.

Kitabda əsasən Daşbaşı döyüşlərinin sağ qalmış iştirakçılarının ifadələrindən həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igidlərimizdən biri, mahir topçu Müslüm İmanovun cəbhə gündəliyindən istifadə edilmişdir.

 

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 8.