Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹12, maddə 740; 2002-ci il, ¹12, maddə 706; 2003-cü il, ¹1, maddə 23, ¹8, maddə 428, ¹12, I kitab, maddələr 676, 698; 2005-ci il, ¹1, maddə 1, ¹6, maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə 1083; 2006-cı il, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddələr 1015, 1029; 2007-ci il, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008-ci il, ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə 602, ¹12, maddə 1047; 2009-cu il, ¹1, maddə 5, ¹2, maddə 56, ¹3, maddə 160, ¹7, maddə 519, ¹12, maddə 947; 2010-cu il, ¹4, maddə 276, ¹6, maddə 485, ¹10, maddə 840; Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli 39-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 2.0.3-1-ci maddə əlavə edilsin:

“2.0.3-1. sənədə apostil verilməsi;”;

2. 6-cı maddənin mövcud mətni 6.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:

“6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.”;

3. aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:

Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi

 

 

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

1

2

Müvafiq sənədə apostil verilməsi

10 manat

 

 

 

 

 

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2011-ci il.

 

Azərbaycan.- 2011.- 24 aprel.- S.  2.