Su təchizatı tullantı suları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən qərara alır:

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 2; 2007-ci, ¹5, maddə 436; 2008-ci il, ¹5, maddə 348; 2009-cu il, ¹10, maddə 768; 2010-cu il, ¹5, maddə 374) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 13-cü maddənin 2-ci bəndi çıxarılsın.

2. 23-cü maddədə:

2.1. 1-ci bəndinbyarımbəndi aşağıdakı redaksiyada verilsin:

qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın.”.

2.2. 2-ci bəndinbyarımbəndi çıxarılsın.

3. 23-cü maddəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

“5. İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

4. 31-ci maddədə:

4.1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1. Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir.”.

4.2. 2-ci bənd çıxarılsın.

5. 60-cı maddənin 1-ci bəndinin ç) yarımbəndindəödəməsözündən sonra “(fiziki şəxs olan istehlakçılar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2011-ci il.

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 3.