Yeni Azərbaycan Partiyasının gənc üzvləri Bayıl yamacında ağac əkmişlər

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) fəalları aprelin 23-də Səbail rayonu ərazisindəki Bayıl yamacında iməcilik keçirmişlər.

YAP rayon təşkilatlarının, Qadınlar Şurasının, Gənclər Birliyinin üzvləri Milli Məclisin deputatlarının iştirak etdikləri iməcilikdə Abşeron iqliminə uyğun 3 mindən çox həmişəyaşıl ağac əkilmişdir.

YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində partiya fəallarının iştirakı ilə abadlıq yaşıllaşdırma kampaniyaları keçiririk. Bu gün partiyamızın gənc üzvləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekologiyanın qorunması siyasətinə dəstək olaraq şəhərimizin daha da yaşıllaşdırılması naminə ağaclar əkirlər. Qurucu yaradıcı YAP hər işdə olduğu kimi, bu aksiyada da Azərbaycanın inkişafına mühüm əhəmiyyət verir. İllər keçəcək, bura istirahətə gələnlər bizim xeyirxah əməllərimizi xatırlayacaqlar.

Aksiyanı ilboyu davam etdirəcəklərini bildirən YAP sədrinin müavini bütün Azərbaycan gənclərini Bakını abadlaşdırmağa, yaşıllaşdırmağa təmizliyini qorumağa çağırmışdır.

 

 

Azərbaycan.- 2011.- 24 aprel.- S. 4.