Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulandı.

bp şirkətinin icraçı direktoru Robert Dadli icrada olan layihələr üzrə işlərin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verdi.

Görüşdə, həmçinin əməkdaşlığımızın hazırkı vəziyyəti perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-28 aprel.- S. 2.