MTN-in Heydər Əliyev adına Akademiyasının əməkdaşları kursantları Heydər Əliyev Fondunda olmuşlar

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları kursantları aprelin 27-də Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilmişdir.

Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti tarixinin təbliğinə kömək edir.

Akademiyanın müəllim kursantları fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Qonaqlar görkəmli siyasi xadimin uşaqlıq gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.

Akademiyanın müəllim kursantları Fonddan zəngin təəssüratla ayrılmışlar.

 

 

Azərbaycan.- 2011.-28 aprel.- S. 4.