Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

 Aprelin 28-də Azərbaycan Respublikasına səfərə gələn Ukrayna Prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.

Ukraynanın Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Viktor Yanukoviçə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 aprel.- S. 1.