Görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilmişdir

 

Aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim və qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ili tamam olmuşdur.

Həmin gün Azərbaycan oftalmologiya məktəbinin görkəmli nümayəndəsinin anadan olmasının növbəti ildönümünə həsr olunmuş tədbirin iştirakçıları, tibb ictimaiyyətinin nümayəndələri, elm xadimləri Fəxri xiyabana gələrək Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anmış, məzarı üstünə əklil və gül dəstələri qoymuşlar.

Sonra xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsi anılmış, məzarı önünə gül-çiçək dəstələri düzülmüş və əklil qoyulmuşdur.

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim, gözəl insan Tamerlan Əliyevin məzarları üstünə də gül-çiçək düzülmüşdür.

 

 

Azərbaycan.- 2011.-29 aprel.- S.6.