Küveyt Diplomatik İnstitutunun baş direktorunun Azərbaycana səfəri başa çatmışdır

 

Küveyt Diplomatik İnstitutunun baş direktoru, səfir Əbdüləziz əl-Şarehin Azərbaycana səfəri başa çatmışdır.

Azərbaycan Diplomatik Akademiyasından (ADA) AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində baş direktor xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür. Əbdüləziz əl-Şareh ölkəsinin Azərbaycan ilə əməkdaşlığına önəm verdiyini vurğulamışdır.

Görüşdə ADA-nın rektoru Hafiz Paşayev iştirak etmişdir. Küveytli qonaq Diplomatik Akademiyasının fəaliyyəti ilə tanış olmuş, təhsil ocağının tədris prosesi elmi araşdırmaları ilə maraqlanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 5.