Qəbələ III Beynəlxalq Musiqi Festivalında dahi rus bəstəkarı S.Raxmaninova həsr edilmiş konsert olmuşdur

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Nostalji... Raxmaninov" adlı konsert olmuşdur.

AzərTAc xəbər verir ki, avqustun 2-də "Qafqaz Resorte" otelinin kamera musiqisi zalında keçirilən konsertdə dahi rus bəstəkarı, pianoçu və dirijor Sergey Raxmaninovun "Müqəddəs iqamətgah önündə", "Sən axşamı xatırlayırsanmı", "Yalvarıram getmə", "Vaxtdır", "Tale", "Yuxu", "Çoxdankı dostum", "Qəm etmə", "Vokaliz", "Məndən hər şeyi aldı", "Məsihin zühuru", "Dünən görüşdük", "Stanislavskiyə məktub", "Gecə qəmlidir", "Məni xatırladınmı", "Mən peyğəmbər deyiləm" adlı əsərləri səsləndirilmişdir. Konsertdə festivalın bədii rəhbəri Dmitri Yablonski (violonçel), dünyanın ən məşhur vokalçılarından olan rusiyalı Sergey Leyferkus (bariton), Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, "Şöhrət" ordenli, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli (piano) çıxış etmişlər.

 

 

Azərbaycan.- 2011.- 3 avqust.- S.  5.