Qoy, ədalət zəfər çalsın!

 

Bu, ümummilli lider Heydər Əliyevin əsas prinsipi idi

 

"...Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Mənəviyyat, əxlaq bütün işimizə nüfuz etməlidir. Kadrları açıq-aşkar, kütlələrin gözü qarşısında secmək, onlar haqqında kollektivin, adamların, yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi yerləşdirilməsindəki bir çox səhvlərin qarşısını almaq, həmin sahədə işimizin səviyyəsini xeyli yüksəltmək olar".

 

Heydər Əliyev, 5 avqust 1969-cu il

 

Min illərin təcrübəsi sübut edir ki, hər bir xalqın, millətin inkişafında tarixi şəxsiyyətlərin rolu danılmazdır. Bugünümüzdən keçmişə boylanarkən vaxtilə dövrün, zamanın fövqündə durmağı bacaran insanlarsız tarixi təsəvvür etməyin mümkün olmadığı qənaətinə gəlirsən. Azərbaycan tarixinə belə şəxsiyyətlərin adı yazılıb. Onların arasında isə ümummilli lider Heydər Əliyevin xüsusi yeri var.

Ulu öndər 1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra xalqımızın tarixində yeni bir səhifə açıldı. Bu səhifənin hər cümləsində, hər kəlməsində bir fikir, bir niyyət ifadə olunurdu: haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması.

Bu mənada 1969-cu ilin 5 avqust plenumu həmin plenumda ümummilli liderin məruzəsi ovaxtkı sovetlər birliyində, eləcə SSRİ-dəki bütün prosesləri diqqətlə izləyən bir sıra xarici ölkə mətbuatında əsl hadisəyə çevrildi desək - yanılmarıq. O vaxt plenumun gündəliyində duran məsələ belə adlanırdı: "V.İ.Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi haqqında". Ancaq respublikanın rəhbəri Heydər Əliyevin məruzəsi daha çox başqa məsələləri əhatə edirdi. Burada daha çox sovet cəmiyyətindəki uğurlardan deyil, çatışmazlıqlardan danışılırdı. Tarixi avqust plenumunun iştirakçıları şahidləri söyləyirlər ki, bu, bütün Sov.İKP-nin SSRİ-nin tarixində "proletariatın dahi rəhbəri"nə həsr olunmuş yeganə tədbir idi ki, belə tənqidi ruhda keçirdi.

Bu mövzuda xarici mətbuatın o dövrdə yazdıqları olduqca maraqlıdır: "Reyter" agentliyi 11 avqust 1969-cu ildə yazırdı: "Ötən ay Azərbaycan Partiya Komitəsinə rəhbər seçilən bu şəxs Zaqafqaziya sovet respublikası olan Azərbaycanda yüksək vəzifəli şəxslər arasında korrupsiya mənəvi durğunluq halları barədə qeyri-adi bəyanat səsləndirib..."

"Azadlıq" radiosunun rus dilində 12 avqust 1969-cu il buraxılışından bir hissə: "Bakı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Azərbaycan SSR-in bir sıra məsul dövlət partiya işçisinin rüşvətxorluq əxlaqazidd hərəkətlərini ifşa eləyən bəyanatla çıxış etmişdir... O, günahkarların ifşa olunmasını rüşvətxorluqla amansız mübarizə aparılmasını tələb etmişdir. Bundan başqa, Əliyev təsdiqləmişdir ki, Azərbaycan SSR-in bir çox məsul əməkdaşı qohumbazlıqla vəzifəyə yiyələnib".

"Morninq star" qəzeti 12 avqust 1969-cu il: "Cənab Əliyev bəzi vəzifəli şəxslərin mənəviyyatsızlığını özünüaparma qaydalarının pozulmasını kəskin tənqid etmişdir... O, respublikada idarə üsulunu, kadrların seçilərək yerləşdirilməsini kəskin tənqid etmişdir..."

"Yeni həyat" (Türkiyə) 30 avqust 1969-cu il: "...Güman edirlər ki, Azərbaycandakı mövcud vəziyyətin bu cür şərh olunması üçün... Moskvanın razılığı alınmışdır. Çünki N.S.Xruşşov dövründən bəri ilk dəfə belə yüksək mənsəb sahibi olan bu qədər şəxsə qarşı belə ağır ittiham səsləndirilmişdir..."

Göründüyü kimi, hələ o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyev "Qoy, ədalət zəfər çalsın!" prinsipindən çıxış edərək qanuna, hüquq qaydalarına əməl olunmasını əsas amil kimi götürərək ardıcıl tədbirlər həyata keçirməyə başlamışdır. Ümummilli lider hələ o vaxt sovet qanunlarının sərtliyinə baxmayaraq, öz xalqının hüquqları uğrunda mübarizə aparmış, bir sözlə, haqqı nahaqqa qurban verməmiş, mütərəqqi fikirli ziyalıları təqiblərdən qoruyub saxlaya bilmişdir.

Tarixə çevrilən 5 avqust 1969-cu il plenumu, sözün həqiqi mənasında, Azərbaycanın ictimai-siyasi həyatında bir dönüş yaratdı. Plenumdan dərhal sonra respublikanın iqtisadiyyatında canlanma yarandı, korrupsiya ilə mübarizə dönməz xarakter aldı. Hamı o illərdə lentə alınan, həmin ab-havanın məhsulu olan "İstintaq" filmini yaxşı xatırlayır, cəmiyyətin hansı qanunlarla idarə olunduğunu yaxşı bilir.

O vaxt həyata keçirilən islahatlar içərisində ən vacibi elmin təhsilin inkişafı ilə bağlı idi. O illərdə ali məktəblərə qəbul zamanı baş verən neqativ halların aradan qaldırılması, istedadlı gənclərin keçmiş İttifaqın ayrı-ayrı ali məktəblərinə göndərilməsi üçün bütün vasitələrdən istifadə edən ümummilli lider respublikanın gələcəyini təhsilli, vətənpərvər gənclərdə görürdü.

1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsi böyük öndərin qətiyyəti uzaqgörənliyi sayəsində mümkün olmuşdu.

Aradan illər ötsə , bugünkü uğurların həmin dövrdən başlayaraq, özü necə çətinlik əziyyətlə qazanıldığını görmək olar. Bir gözəl sözdür: dünən, bu gün sabah - hər biri o birinə dayaq arxa, bir-birinə səbəb nəticədir. Bu gün hər bir kəsin vəzifəsi bu əbədi prosesi qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.- 5 avqust.- S.  3.