Çin Xalq Respublikasının yüksək rütbəli zabitləri Şəkidə olmuşlar

 

Çin Xalq Respublikası Silahlı Milis Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində avqustun 10-da Şəkidə olmuşdur.

AzərTAc xəbər verir ki, çinli qonaqlar Şəkinin görməli yerləri ilə tanış olmuş, qədim tarixi-memarlıq abidələrinə baş çəkmişlər.

Qonaqlar Şəkidən xoş təəssüratlarla ayrılmışlar.

 

 

Azərbaycan.- 2011.-11 avqust.- S. 2.